Kiberhücumlara qarşı tədbirlər planı hazırlanır

img

Kiberhücumların qarşısını almaq üçün tədbirlər planı hazırlanır.

 

Rezonans.az xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlüəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimində AKTA-nın sədri Rahid Ələkbərli deyib.

 

O bildirib ki, xüsusilə son illərdə dövlətimizin başçısı tərəfindən yüksək texnologiyalar və rəqəmsallaşma sahəsində idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə önəmli addımlar atılıb:

 

"Görülən işlər kibertəhlükəsizliyin Azərbaycan üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahələrin inkişafına böyük önəm veriləcəyini bir daha təsdiqləyib".

Xəbəri paylaş: