Milli Məclisdə TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun görüşü olub

img

Aprelin 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini,  TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üzvü Məlahət İbrahimqızı və deputat, Qrupun üzvü Sədaqət Vəliyeva Qazaxıstan Məclisinin üzvü, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun rəhbəri Lazzat Ramazanova ilə görüşüblər.


Rezonans.az xəbər verir ki, qonağı səmimi salamlayan Sədaqət Vəliyeva bildirib ki, bütün türk dövlətlərini ümumi tarix, mədəniyyət, milli-mənəvi dəyərlər birləşdirir. O, türk dövlətlərinin qadınlarının ailədə, siyasətdə rolundan bəhs edib. Sədaqət Vəliyeva Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açıb.  

Görüşdə Məlahət İbrahimqızı bütün türkdilli dövlətlərdə qadınların cəmiyyət və dövlət həyatında rolu barədə danışıb. Gender bərabərliyinin və bərabər imkanların təmin edilməsi  sahəsində aparılan işlər barədə məlumat verib. O, TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin verə biləcəyi töhfələrlə bağlı fikirlərini bölüşüb. 

Qrupun rəhbəri, Qazaxıstan Parlamenti Məclisinin üzvü Lazzat Ramazanova  belə görüşlərin Qrupun gələcək fəaliyyətinin qurulması baxımından əhəmiyyətini qeyd edib. O, Qrupun ilk iclasının keçirilmə tarixi, bununla bağlı təşkilati məsələlər barədə danışıb, Qadın Sahibkarlar Komitəsinin fəaliyyətindən söz açıb. 

Görüşdə Qazaxıstan Məclisinin üzvü Dinar Nukitayeva və digər rəsmi şəxslər iştirak ediblər. 

Xəbəri paylaş: