20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov mətbuata bəyanatla çıxış ediblər.
Bildirilib ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.
Natiq Cəfərov
Göygöl RİHB-nın Xaqani kənd İƏD üzrə nümayəndəsi










