28 May - Müstəqillik Günü münasibətilə Ombudsmanın regional mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri tərəfindən 28 May - Müstəqillik Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.


Rezonans.az xəbər verir ki, dövlət qurumlarının, hüquq-mühafizə, yerli icra və yerli özünüidarə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirak etdiyi tədbirlərdə çıxışlar zamanı Şərqin ilk parlamentli respublikası, türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından, onun dövlətçilik tarixindəki rolundan bəhs olunub. Bildirilib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması, ictimai-siyasi sabitliyin bərqərar olunması üçün qətiyyətli tədbirlər görüb.

Həmçinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesindən danışılıb.

Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə ölkəmizdə əsası qoyulmuş Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirlərin yekununda Müstəqillik Günü ilə əlaqədar videoçarxlar nümayiş olunub, gənc ifaçılar tərəfindən vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Xəbəri paylaş: