Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kamran Əliyevdən yeni TƏYİNATLAR

Lənkərana yeni hərbi prokuror təyin edilib.

Rezonans.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru vəzifəsinə təyin edilib.

Xəbəri paylaş: