“Müstəqilliyimizin xilaskarı” adlı tədbir keçirilib

img

14 iyun 2023-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında Yeni Azərbaycan Partiyasının “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşkilatçılığı ilə Milli qurtuluş gününə həsr olunmuş “Müstəqilliyimizin xilaskarı” adlı tədbir keçirilib. 


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə müxtəlif aktual mövzulara həsr edilmiş məruzələr edildi. 


YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimov, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının sədr müavini, baş mütəxəssis  Pərvanə Əzimova, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının üzvü, muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova, YAP Ağcabədi filialının üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsumov və YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının üzvü, mütəxəssis Gülnar Fərhadovanın məruzələrində dahi liderin həyat və ictimai-siyasi fəaliyyəti və unudulmaz mövqeyi barədə məlumatlar əksini tapmışdır.

Xəbəri paylaş: