
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatının əməkdaşları və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq
Mərkəzin ölkəmizdəki nümayəndəliyinin üzvləri tərəfindən Naxçıvan
şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində
olublar.
Rezonans. az xəbər verir ki, mərkəzdə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait
və rəftar məsələlərinin araşdırılması, məcburi və könüllü qaydada
saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi və sənədləşmənin
aparılması vəziyyəti öyrənilib.
Sonra müəssisə rəhbərliyi və əməkdaşlarla maarifləndirici söhbət aparılıb,
saxlanma şəraitinin daha da təkmilləşdirilməsi üzrə tövsiyələr verilib.