"Ombudsman təsisatı müstəqil qurum kimi uğurla fəaliyyət göstərərək xalqa sədaqətlə xidmət edir" - Səbinə Əliyeva

img

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı” təsdiqlənmişdir. Bu əlamətdar tarixlə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.


İnsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiqindən artıq 25 il ötür. 


Təqdirəlayiq haldır ki, Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılmasının da öz əksini tapdığı bu sənəd əsasında Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu qəbul olunmuşdur.  


Böyük qürur və minnətdarlıq hissi ilə vurğulamaq istərdik ki, Ombudsman təsisatı artıq 20 ildən çoxdur ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında müstəqil bir qurum kimi uğurla fəaliyyət göstərərək xalqa sədaqətlə xidmət edir.                    


Hər kəsi bugünkü əlamətdar gün münasibətilə təbrik edir və inanıram ki, birgə əməkdaşlığımız müstəqil dövlətimizin ali məqsədi olan insan hüquqlarının səmərəli təmininə öz töhfələrini verəcəkdir.


Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Xəbəri paylaş: