
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün 3-cü “Yüksəliş” müsabiqəsinin finalında idarəçi rəhbər qismində iştirak edib.
Rezonans.az xəbər verir ki, müsabiqə iştirakçıları ilk növbədə “Azərbaycan arzusu” adlı keyslə bağlı müzakirələr aparıb və müxtəlif tapşırıqlar yerinə yetiriblər.
Keys üzrə təqdimatdan sonra iştirakçılar Ombudsman tərəfindən qiymətləndiriliblər.