DYP-dən "Azneft" dairəsində kara ilə avtoşluq edən şəxslə bağlı AÇIQLAMA

img

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Azneft" dairəsində kara ilə avtoşluq edən şəxslə bağlı açıqlama verib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Rezonans.az a bildirib ki, həmin görüntülər 2023-cü ilin aprel ayında lentə alınıb:

Görüntülər qeydə alınan zaman tərəfimizdən tədbir görülüb. Həmin ərazidə iş aparan şirkətə bu barədə məlumat verilib.

Bir daha media nümayəndələrindən xahiş edirik ki, belə görüntüləri yaymazdan əvvəl bizimlə əlaqə saxlayıb dəqiqləşdirmə aparsınlar", - deyə o qeyd edib.

Xəbəri paylaş: