
Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli sakinlərin nümayəndələrinin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünü təqdirəlayiq hesab edirik.
Rezonans.az xəbər verir ki, bu barədə Qarabağda yaşayan erməni əsilli sakinlərin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın açıqlamasında deyilib.
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bu kimi təmasların nəhayət bölgəmizdə sülhün təmin olunmasına və inkişafa, Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə mühüm töhfə verəcəyinə inanır, gələcəkdə birgə yaşayış üçün münbit şəraitin yaradılması baxımından yüksək qiymətləndirirəm”, - Ombudsman vurğulayıb.