Ombudsman tərəfindən vətəndaş müraciətinə REAKSİYA

img

Ərizəçi L.B. Ombudsmana müraciət edərək, icra orqanı tərəfindən ölkəni tərk etməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı kömək göstərilməsini xahiş etmişdir. O, müraciətində anasının səhhətində problem yarandığına görə təcili xaricə getməli olduğunu, lakin müraciətlərinə baxılmadığını bildirmişdir.


Rezonans.az xəbər verir ki, Ombudsmanın bununla bağlı aidiyyəti üzrə müraciətindən sonra məsələ həll olunmuş, ərizəçinin ölkədən getməsinə qoyulmuş müvəqqəti məhdudiyyət götürülmüş və hüququ təmin edilmişdir.


Xəbəri paylaş: