Xırdalanda qadını hədələyən şəxs tutuldu

img

Abşeron rayonu Xırdalan şəhərində küçədə qadını bıçaqla hədələyən şəxs saxlanılıb.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, artıq həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: