15 oktyabr - Zəfərə aparan yolun başlanğıcı

img

YAP Göygöl rayon təşkilatı tərəfindən təşkil olunmuş konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri cənab Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları  və YAP Göygöl rayon təşkilatının bütün ərazi partiya təşkilatlarını təmsil edən 165 nəfər iştirak etdi.


Rezonans.az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzüldü.  Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himnini səslənməsi ilə başlandı və ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək 2003-cü ilin 15 oktyabr gününün Azərbaycan tarixinə çox mühüm və əlamətdar gün kimi daxil olduğunu vurğulayaraq, həmin gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdiyini, qədir bilən xalqımız  həmin gün cənab İlham Əliyevi  Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdiyini, bununla da  Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə, ölkədə bu siyasətə alternativin olmadığını göstərdiyini bildirdi. Vüqar İsayev həmin gün müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, inkişafdan-tərəqqiyə, tərəqqidən zəfərə yol açmasından danışaraq,  “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Prezident İlham Əliyevin  sözünə-vədinə əməl etdiyini və sözün əsil mənasında hər bir Azərbaycanlının Prezidenti olduğunu diqqətə çatdırdı.  


şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Böyük Qələbəni qanı-canı hesabına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırmış oldu.     “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqlarımız tam bərpa edildi.


Beləliklə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

Sonra  partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına  YAP Göygöl rayon təşkilatının fəxri fərmanları və yeni üzvlüyə qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olundu.

Tədbir rayon Mədəniyyət evinin müsiqiçilərindən İsmət Sabirlinin, Rabil Hacızadənin, Sərvan İsmayılovun,  Cavid Məmmədovun və digərlərinin ifaları ilə keçirilən konsert proqramı ilə davam etdi.



Xəbəri paylaş: