Ombudsmanın regional mərkəzləri tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Qərb və Şimal-Qərb Regional mərkəzləri tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirlərdə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasından, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən bəhs edilib. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlardan danışılıb.

Tədbirlərin yekununda iştirakçıların sualları cavablandırılıb.

Xəbəri paylaş: