Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Qəzənfər Məmmədovun və Aydın Həsənovun ailələrini ziyarət ediblər.


Rezonans.az xəbər verir ki, görüşlər zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən bəhs olunub.


Eyni zamanda, şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən daim xüsusi diqqət göstərildiyi bildirilib, bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Xəbəri paylaş: