“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

img

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gəncə və Göygöldə hüquqi-maarifləndirici tədbirlər təşkil edilib.

Rezonans.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli Uşaq Evində və Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında “Hüquqlar hamımız üçündür” və “Zorakılığa yox deyək!” mövzularında tədbirlər keçirilib. Tədbirlərdə Müvəkkilin uşaq hüquqlarının qorunması sahəsində fəaliyyəti barədə məlumatlar verilib, Ombudsmanın 916 Çağrı Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Sonra uşaq əməyi, bullinq və digər mövzularda müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Növbəti hüquqi-maarifləndirici tədbir Ombudsmanın Qərb Regional Mərkəzinin və Göygöl Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl Gənclər Evində “İnformasiya əldə etmək hüququ və zərərli informasiyalardan qorunmağın əhəmiyyəti” mövzusunda təşkil olunub. Tədbir iştirakçılarına “Uşaq hüquqları haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunları barədə məlumat verilib, uşaqların fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən zərərli informasiyalardan qorunmalarının əhəmiyyəti vurğulanıb.

Xəbəri paylaş: