BMT Ukrayna ilə bağlı bəyanat qəbul etdi

img

BMT Təhlükəsizlik Şurasının keçirilən iclasında Ukrayna ilə bağlı bəyanat qəbul edilib.

Rezonans.az xəbər verir ki, bəyanatda Təhlükəsizlik Şurasının Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığı ifadə olunub.

Bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində səylərinin dəstəkləndiyi bildirilib.

“Təhlükəsizlik Şurası baş katibin sülh yolu ilə həll yolu tapmaq səylərinə güclü dəstəyini ifadə edir”, - mətndə deyilir.

Xəbəri paylaş: