ABŞ-ın Moskvadakı səfirliyi amerikalıları kütləvi tədbirlərə getməməyə çağırıb

img

ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarını Qələbə Günü münasibətilə Moskvada keçirilən kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.

Rezonans.az xəbər verir ki, bu barədə Müvafiq mesaj cümə günü diplomatik missiyanın saytında dərc olunub.

Səfirlik ötən illərdə Moskvada 9 May münasibətilə tədbirlərin çox sayda polis qüvvələrinin müşayiəti ilə keçdiyinə diqqət çəkib. “Davam edən gərginliyi nəzərə alaraq ABŞ vətəndaşları böyük ictimai yığıncaqlardan çəkinməlidirlər”, – deyə bəyanatda qeyd edilir.

Diplomatik missiya amerikalılara ayıq-sayıq olmağı, özləri ilə şəxsiyyət vəsiqəsi daşımağı, həmçinin gözlənilməz hallar zamanı hərəkət planını nəzərdən keçirməyi tövsiyə edib.

Xəbəri paylaş: