Müqalib Mahmudov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda çıxış edib

img

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin apardığı hüquqi islahatlar və onların əhəmiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Rezonans.az xəbər verir ki, bir sıra dövlət qurumlarının, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və media subyektlərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudovun “Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar” adlı çıxışı dinlənilib.

Çıxışda görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqları üzrə qanunvericilik bazasının və institusional mexanizmlərin formalaşdırılması, ilk dövlət proqramının təsdiq edilməsi, Ombudsman təsisatının yaradılması və əldə olunmuş digər uğurlardan bəhs olunub.

Konfrans mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.

Xəbəri paylaş: