Səbuhi Abbasov “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfransda iştirak edib

img

Göyçay rayonunda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.


Rezonans.az xəbər verir ki, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilmiş konfransda Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları” mövzusunda çıxış edib.


S.Abbasov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti, eləcə də xalqımızın Ümummilli Liderinin rəhbərliyi ilə ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqları sahəsində islahatların uğurla davam etdirildiyi qeyd olunub.


Tədbirin yekununda Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş "İlham" sənədli filmi nümayiş etdirilib.

Xəbəri paylaş: