Ombudsmanın Regional mərkəzləri tərəfindən Milli Dirçəliş Günü münasibətilə tədbirlər keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb və Qərb Regional mərkəzləri tərəfindən 17 Noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

Rezonans.az xəbər verir ki, Gəncə, Şəki və Qubada keçirilmiş tədbirlərdə yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirlərdə Regional mərkəzlərin əməkdaşları tərəfindən iştirakçılara Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verilib.

Xəbəri paylaş: