Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirici tədbirlər keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Rezonans.az xəbər verir ki, Gəncə, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Xızı, Şabran, Siyəzən, Quba, Qusar və Xaçmazda keçirilmiş tədbirlərdə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə məlumat verilib.

Tədbirlərdə sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təbliği, uşaqlar və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi mövzularında çıxışlar dinlənilib, uşaq hüquqları sahəsində mövcud olan normativ hüquqi aktların tələblərindən bəhs olunub.

Tədbirlərin yekununda mövzular üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbəri paylaş: