“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib

img

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin təşkilatçılığı və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova çıxışı zamanı Ombudsmanın gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi sahəsində geniş fəaliyyəti barədə məlumat verib.

L.Zeynalova Müvəkkilə ünvanlanan qadın hüquqlarının pozulmasına dair müraciətlərin operativ qaydada həssaslıqla araşdırıldığını, pozulmuş hüquqlarının bərpası istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib. Eyni zamanda, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi haqqında məlumat verilib.

Bununla yanaşı, Ombudsman təsisatı tərəfindən bu sahədə davamlı olaraq maarifləndirici tədbirlərin təşkil olunduğu, müxtəlif məlumatlandırıcı vəsaitlərin, dərsliklərin hazırlandığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbəri paylaş: