Ombudsman Aparatı tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlanıb

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti dövründə əlilliyi olan şəxslərin vəziyyətini, onların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, səlahiyyətləri daxilində qayğıya daha çox ehtiyacı olan bu şəxslərin problemlərinin mümkün qədər həll edilməsi məqsədilə zəruri tədbirlər görülür.

Rezonans.az xəbər verir ki, 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslərin Gününün qeyd edilməsi əlilliyi olan şəxslərin hüquqlarını təşviq etməklə yanaşı, geniş ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin problemlərinə yönəltməkdən ibarətdir. 

Bu məqsədlə, Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektoru tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlanmışdır.

Xəbəri paylaş: