İki gün əvvəl qəzanın baş verdiyi xətt müsabiqəyə çıxarıldı

img

46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılıb.

Rezonans.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər sənədləri 6 yanvar 2024-cü il saat 17:00-dək agentliyə təqdim etməlidir.

Bildirilib ki, müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən yanvarın 23-də baxılacaq.

Qeyd edək ki, 2 gün əvvəl 46 saylı xətt üzrə hərəkət edən avtobus ağır qəza törətmişdi. Hadisə vaxtı idarəetmədən çıxan avtobus evin üstünə çıxmışdı.

Xəbəri paylaş: