Ramiz Məlikin dəfn yeri açıqlandı

Ramiz Məlikin dəfn yeri açıqlandı

Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.

Rezonans.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Xalq artisti 2-ci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R. Məlik uzunsürən xərçəng xəstəliyindən sonra bu gün 80 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Xəbəri paylaş: