
Bu fani dünyanı qoyub gedən,haqq dünyasına qovuşan dövlət xadimi,diplomat,həkim,əsasda gözəl insan,vətənpərvər şəxsiyyət Yaşar Əliyev haqqında xatirələrimi Sizlərlə bölüşürəm.
1979- cu ildə ADU-nun Jurnalistika fakultəsini bitirib təyinatla “Azərnəşr”də redaktor işləyirdim.Əhmədlidə ailəlilər yataqxanasında ailəmlə qalırdım.1982-ci ildə burnumun üstündə sızanaq(prişik) cıxmışdı,əlimlə toxunub təmizlədim.Ancaq infeksiya düşmüşdü,burnumla alnımın arasında şiş əmələ gəldi,poliknikaya müraciət etdim,gənc həkim dərman qoydu,kecər dedi.Aradan 2-gün kecmişdi ki artıq gözüm cətinliklə görürdü,şiş böyüyürdü.Qonşum Yazıcı nəşriyyatında redaktor işləyən yazıcı Mustafa Cəmənli məni yoluxmağa gəldi,vəziyyətimi görüb təcili yardıma zəng etdi və mənə mütləq xəstəxana şəraitində müalicə olunmağımın vacib olduğunu bildirdi.Təcili yardımla o zamankı Semaşko adına xəstəxanaya gəldik.Mustafa müəllim həkimlə danışıb məni müalicə etmək ücün xəstəxanaya qəbul etməsini xahiş etdi.Həkim məni müayinə edib,cox gecdi dedi,infeksiya artıq öz işini görüb,niyə vaxtında gətirməmisiniz dedi.Mustafa müəllim Siz nə danışırsınız doktor,Elşad bilirsiniz kimdir,o redaktordur,SSRİ Jurnalistlər itifaqının üzvüdür,2-uşağı var,xahiş edirəm kömək edin.O zaman xəstəxanada dosent vəzifəsində calışan Yaşar Əliyev məni reanimasiya şöbəsinə yerləşdirdi,sistem qoydular,intensiv müalicəyə başladılar.O zaman mənim müalicəm ücün lazım olan iynə xəstəxanada yox idi,apteklərdə axtardıq tapılmadı.Yaşar həkim iynəni mütləq tapmaq lazımdır dedi.Mənimlə bir yerdə işləyən,yazıcı,dostum Tariyel Cahangirov yerlisi olan,ancaq aralarında olan narazılığa görə danışmadığı Bakı apteklər idarəsinin yanına gedərək lazım olan iynəni alıb gətirib renimasiya şöbəsinə catdırır.
Yaşar həkim nə lazımdır edirik,qorxma yaxşı olacaqsan deyirdi.Axşamüstü tibb bacıları qoluma sistem qoşdular,temperaturum 42-yə qalxmışdı,istidən yanırdım.Mənə baxıb tibb bacıları ağlayırdılar,heyif cavan oğlandı,2-uşağı var deyib göz yaşlarını saxlaya bilmirdilər.Bu zaman mən yuxu gördüm.Gördüm ki,uca bir dağın zirvəsindəyəm,oradan yıxılıram.Bu zaman ağ atın üstündə ağ libaslı,ağ sağğallı bir nurani insan əlini uzadıb məni sıldırımlıqdan yıxılmaqdan qurtardı,kənara qoydu,get xoşbəxt ol,bundan sonra şan-şöhrət icində yaşayacaqsan dedi və yox oldu.
Gözümü acıb tibb bacılarının gözüyaşlı,ancaq sevinclə mənə baxırdıqlarını gördüm.Səhər Yaşah həkim gəlib məni yoxladı,düzəlirsən dedi.Xəstəliyimi eşidim anam Şölə xanım Gürcüstandan ağlaya-ağlaya yanıma gəldi,səni sağaldan həkimə hörmət edək dedi.Artıq sağalmışdım, evə buraxırdılar.Getdim Yaşar həkimə minnətdarlığımı bildirdim,həm də anamın gətirdiyi 50 manatı(o zaman mənim redaktor kimi maaşım 120 manat idi) ona vermək istədim,götürmədi,dedi hec nə lazım deyil,biz sənə nə etdik ki.Sənin kimi 20-xəstəni bax oradan aparıblar deyə mənə ölüxananı ( morqu) göstərdi.Onda mən Yaşar həkimə yuxumu danışdım,dedi bax səni onlar ölümdən qurtarıb,get pulunu ocaqlara,nəzir-niyaza payla.
Sonra məni DTX-ya işə qəbul etdilər.İllər kecdi,mənDTX-nın Binəqədi rayon şöbəsinin rəisi işləyirdim.Bir gün təxminən 1993-1994-cü il olardı,26-lar rayonunun 1-ci katibi Xəlil Xəlilov rəhmətə getmişdi,biz dostlarla 8-ci mikorayonda olan yas yerinə gedəndə Azərbaycan Ali Sovetinin Sədr müavini Yaşar Əliyevlə rastlaşdıq,özümü təqdim etdim,yadına düşdü,gülümsəyərək sən onların adamısan,nə sözün olsa müraciət elə,biz ki coxdanın dostuyuq dedi.Mən həmişə Yaşar Əliyevin böyük şəxsiyyət olması haqda dostlarıma deyirdim,xatirələrimi danışırdım.
Yaşar müəllim çox adamlara yaxşılıqlar edib,əsas da dövləti və xalqı üçün əlindən gələni edib.Allah rəhmət eləsin,məkanı cənnət olsun!
Elşad Həsənov