Gəncə Dövlət Regional Kolleci artıq illərdir ki, hal-hazırda da Xoşqədəm xanım Xudiyevanın rəhbərliyi ilə Azərbaycanın orta ixtisas təhsili sahəsində uğurla fəaliyyət göstərən, yüzlərlə savadlı, bilikli və peşəkar mütəxəssisin yetişməsində mühüm rol oynayan nüfuzlu bir təhsil müəssisəsidir.
Lakin son zamanlar təəssüf hissi ilə qeyd edilməlidir ki, bəzi şəxslər bu uğurlu fəaliyyətə kölgə salmağa, hətta öz şəxsi maraqlarını önə çəkərək ictimai rəyi çaşdırmağa cəhd edirlər.
Bu cür əsassız və sübutdan uzaq fikirlər, sadəcə olaraq, Kollecin artan nüfuzunu və genişlənən fəaliyyət dairəsini qəbul edə bilməyənlərin iç dünyasının təzahürüdür. Bəli, inkişaf edən, şəffaf və açıq idarəetmə prinsiplərinə söykənən, tələbə mərkəzli yanaşma ilə fəaliyyət göstərən bir qurumu qaralamağa çalışmaq özü-özlüyündə uğursuzluq əlamətidir.
Hər kəs bilməlidir ki, Gəncə Dövlət Regional Kolleci bu gün müasir standartlara uyğun təhsil verən, müəllim heyəti daim təlim-tədris proqramlarını yeniləyən, regionda gənclərə peşə qazandırmaq üçün bütün imkanlarını səfərbər edən bir təhsil mərkəzidir. Bu kollecdə keçirilən layihələr, sosial aksiyalar, elmi tədbirlər təkcə tələbələr üçün deyil, ümumilikdə cəmiyyətin inkişafı üçün dəyər yaradır.
Əsası olmayan iddialarla cəmiyyətin gözündə bu qurumun nüfuzuna xələl gətirməyə çalışmaq yalnız məsuliyyətsizlik deyil, eyni zamanda təhsil kimi müqəddəs sahəyə hörmətsizlikdir. Unutmayaq ki, bu cür şəxslər təhsilə deyil, şəxsi ambisiyalarına xidmət edir.
Gəncə Dövlət Regional Kolleci öz fəaliyyətində daim şəffaflığa, hesabatlılığa, maarifləndirməyə və təhsilin keyfiyyətinə önəm verir və bütün bu dəyərləri qorumaqda davam edəcək. Əsassız fikirlər isə zamanla öz mahiyyətsizliyini ortaya qoyacaq.
Çünki həqiqət həmişə qalib gəlir!!!
ƏLİ MUSA









