Ombudsmanın Regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub Regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.


Rezonans.az xəbər verir ki, bir sıra dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirlər zamanı əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub.


Çıxışlar zamanı Ombudsmanın ənənəvi olaraq, 20 Yanvar hadisələri ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanladığı diqqətə çatdırılıb.

Xəbəri paylaş: