
Prezident seçkiləri ilə bağlı Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə fəaliyyət planı tərtib olunub.
Rezonans.az-ın məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: “İlk tədbirlər Bakı, Gəncə, Şəkidə olub, yaxın vaxtlarda isə Quba və Naxçıvanda keçiriləcək”.
S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini ilə bağlı təlimlər keçirilir.