“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib

img

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Göygöl və Samux rayonlarında “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib.


Rezonans.az xəbər verir ki, Prezident seçkilərində ilk dəfə iştirak edəcək gənclərin seçki hüququ mövzusunda maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirlərdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyi vurğulanıb, seçki prosesi ilə bağlı Seçki Məcəlləsinin tələbləri və səsvermə qaydaları ətraflı şəkildə diqqətə çatdırılıb.


Tədbirlərin gedişatında ilk dəfə səs verəcək gənclərin seçki prosesi ilə bağlı sualları cavablandırılıb.

Xəbəri paylaş: