İŞİD-dən etiraf - Əsgərləri onlar öldürüb

img

İŞİD terror qruplaşması Misirin Sinay yarımadasında beş əsgərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma bu barədə teleqram kanalında məlumat yayıb.

 

Məlumata görə, silahlı şəxslərin mayın 11-də Sinayın şimal-şərqi sahilində, Qəzza zolağı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən təhlükəsizlik postuna atəş açması nəticəsində daha dörd nəfər yaralanıb.

Xəbəri paylaş: