Rusiya “Moskva”nı bununla əvəzlədi

img

Rusiya Federasiyasının Qara Dəniz Donanması batan “Moskva” raket kreyseri əvəzinə yeni flaqman seçməyə qərar verib.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Simbalyuk “Facebook” hesabında məlumat paylaşıb.

 

“Qara Dəniz Donanmasının komandanlığı aprelin 14-də batan “Moskva” raket kreyserinin yerinə yeni flaqman təyin etmək qərarına gəlib. Bu, hazırda Qara Dəniz Donanmasının əməliyyat qrupunun yerləşdirildiyi Project 11356R “Admiral Makarov” freqatıdır”, - o deyib.

 

Jurnalist əlavə edib ki, donanma komandanlığı “Admiral Makarov”un “Moskva”nın taleyini təkrarlama ehtimalına hazırlıqlıdır. Bu zaman Qara dəniz donanmasının flaqmanı estafeti “Admiral Essen” freqatına keçəcək.

Xəbəri paylaş: