“Seçki hüququ” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Masallı Dövlət Regional Kollecində “Seçki hüququ” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib.


Rezonans.az xəbər verir ki, cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxışı zamanı Azərbaycan Ombudsman təsisatı tərəfindən ölkəmizdə vətəndaşların seçki hüquqlarının səmərəli təmini və müdafiəsi məqsədilə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.


Müzakirələrlə davam edən tədbirdə seçki hüququnun prinsipləri, seçkilərin təşkili, seçki prosesi və mərhələləri barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.



Xəbəri paylaş: