Azərbaycan xaqının böyük xilaskarı

img

  Qədim və zəngin tarixə malik olan Azərbaycan bir zirvədir. Ulu Öndər Heydər Əliyev isə bu zirvənin fatehidir.

Qoca Qafqazla həmyaşıd olan məmləkətimiz-doğma Azərbaycanımız dahi şəxsiyyətlər bəxş etmişdir zamanla xalqımıza. Heydər Əliyev də  məhz doğma xalqımıza dayaq olan tarixi şəxsiyyətlərdən biridir. Ümummilli Lider eyni zamanda daim bizlərə, xalqımıza düzgün yol göstərən ağsaqqal olmuşdur. Çünki Onun müdrik siyasəti ölkəmizin dünənini, bu gününü və gələcəyini təhlükəsizlik baxımından təmin etmiş və edəcəkdir.   Heydər Əliyev Azərbaycan adlı müasir və qüdrətli dövlətin qurucusudur. Ulu Öndərin qeyd etdiyi kimi: “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi siyasi mənəvi inkişafına xidmət olmuşdur”. Bu sözlər dahi şəxsiyyətin fəaliyyətində əməli olaraq öz həllini, təsdiqini tapmışdır. Heydər Əliyev kimi bir amala sahib olan müdrik dövlət xadimləri tarixdə az yetişir. Çətin və qalmaqallı günlərdə belə Ulu Öndərimizin mətn iradəsini qıra, onu yolundan döndərə bilməmişdilər. Xüsusən 1990-cı illərin əvvəli heç birimizin yadından çıxmayacaq.Vətəninə, xalqına, millətinə hədsiz məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına olan sonsuz sevgi həqiqtən də Ümummilli Liderin həyatımın mənası və məzmunu idi.                                                                       Bütün soydaşlarımız bilməlidirlər ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı nurlu gələcəyə aparaq. Heydər Əliyev yeni demokratik dünyanın nüfuzlu dövlətləri arasında yer alan,sivilizasiyalı dünyaya qovuşan Azərbaycanın banisi kimi öz adını tariximizin silinməz və unudulmaz səhifələrinə qızıl hərflərlə yazdırıb.

Həmişə qartala qibtə etmişəm,

Öz zəfər himnini çalır zirvədə.

Nə qədər düşsə də ucalığından,

Enəndə yenə də qalır zirvədə


Xalqımız Ulu Öndərin sayəsində ən çətin zamanlarda bütün dünyaya öz kimliyini bir daha göstərə bilmiş, ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etmişdir. Belə bir məqamda O, xalqın xilaskarına çevrildi. Naxçıvandan Bakıya gələrək Respublikamızı düçar olduğu bəladan qurtardı.

  

Hamı gördü ki, bu bu işləri yalnız onu zəkası, dövlətçilik təcrübəsi, idarəçilik sərişdəsi, böyük nüfuzu və qətiyyəti sayəsində həyata keçirmək olar. Çünki dövlətin gücü və qüdrəti onu idarə edən şəxsin imkanlarından,səmərəli daxili və xarici siyasəti yürütmək qabiliyyətindən çox asılıdır. Həyata keçirilən islahatlar o cümlədən təhsil islahatları ölkəmizin inkişafına təkan verdi. Dahi Liderin Prezidentilik fəaliyyəti dövründə  əhalinin bütün təbəqələrini əhatə edən əmək haqlarının artırılması, yoxsulluğun azaldılması üçün müvafiq tədbirlər həyata keçirildi. Ölkəmizin bu gün müstəqil və güclü dövlət kimi formalaşmasının təməlində  Ulu Öndər Heydər Əliyevin dahi siyasəti dayanır.  

   Yevlaxlılar Ulu Öndər Heydər Əliyevin xatirəsini daim böyük ehtiramla anırlar, eyni zamanda xüsusi günlər münasibətilə böyük, təntənəli tədbirlər keçirilər. İllər, on illər, yüz illər keçəcək Azərbaycan adlı bir məmləkət, Azərbaycanlı adlı xalq durduqca  Ümummilli Lider Heydər Əliyev də yaşayacaq. Ən böyük arzusu bu xalqı, bu torpağı daha firavan və xoşbəxt görmək olan Liderimiz dahi əbədiyyət adlı bir yolun yolçusudur. “Heydər-Xalq Xalq-Heydər” şüarı bütün zamanlar üçün aktuallığını qorumaq  gücündədir. Hər bir azərbaycanlı böyük qürur hissi ilə söyləyir ki, Heydər Əliyev Azərbaycanın Ulu və Dahi Öndəridir. 


Nüşabə Vəliyeva

YAP Yevlax rayon təşkilatının fəalı,

A.Səhhət adına 6 nömrəli tam orta məktəbin kitabxana müdiri

Xəbəri paylaş: