Keçmiş məhkumdan 3 kiloqram marixana götürüldü

img

Samux rayonunda polis əməkdaşlarının saxlatdıqları avtomobildən küllü miqdarda narkotik vasitə tapılıb. 

Rezonans.az-ın məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş  N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 95 qram marixuana aşkar edilərək götürülüb. 

 Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Xəbəri paylaş: