Rusların Buçada insanları öldürdüyü anın GÖRÜNTÜLƏRİ YAYILDI

img

The New York Times” qəzeti Kiyev vilayətinin Buça şəhərinin işğalı zamanı rus hərbçilərinin törətdiyi vəhşiliklərə dair yeni sübutlar dərc edib.

Rezonans.az "The New York Times"a istinadən xəbər verir ki, nəşr rus hərbçilərinin səkkiz ukraynalını necə edam etdiyini göstərən videoları təhlil edib.

Martın 4-də müşahidə kameralarına düşən ilk videoda rus hərbçilərinin doqquz ukraynalı məhbusu apardığı görünür. Qəzet vurğulayır ki, bu video həmin şəxslərin edamdan bir neçə dəqiqə əvvəl rus əsgərləri tərəfindən saxlanılmasına ən bariz sübutdur.

 Əsgərlər həmin şəxsləri müvəqqəti qərargahlarının yerləşdiyi ofis binasının kənarına çıxarıb və güllələyiblər. 

Bir gün sonra, martın 5-də drondan çəkilmiş video bu sübutu təsdiqləyir.  Yablunskaya küçəsindəki binanın yanında yerdə uzanmış meyitlər və yaxınlıqda iki rus əsgərinin dayandığı görünür. 

Xəbəri paylaş: