Azərbaycan və Litva arasında əlaqələrin tarixi kifayət qədər müsbətdir və hər iki ölkə arasındakı münasibətlər xeyli inkişaf etmişdir. Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri mövcuddur və əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumun keçirilməsi əlaqələrimizin qısa müddət ərzində necə intensiv inkişaf etdiyinin əyani göstəricisidir.
Azərbaycan və Litva arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub. İinformasiya və kommunikasiya texnologiyaları , qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb sahəsində və digər sahələrdə aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəkdir.
Biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti işgüzar əlaqələr qurulmasına və eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilənin imzalanması Azərbaycanda biznes mühitinin investorlar üçün əlverişli olmasının sübutudur.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafında ən mühüm rol oynanayan amillərdən biri də Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulmasıdır. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır. Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Hər iki ölkənin Avrasyanın fərqli hissələrində yerləşməsi və iqtisadiyyatlarının bir- biri ilə rəqabət aparmaması birgə səylərimiz və layihələrimizlə iş birliyinin qurulmasına gətirib çıxarda bilər. Biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir.
Azərbaycanla Litva arasında Avropa İttifaqı ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.
İki ölkə arasında hal-hazıradək 45-dən çox sənəd imzalanıb. 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatı xususuilə qeyd etmək lazımdır. Bu sənəd Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi əməkdaşlığın mahiyyətini əks etdirməklə yanaşı, münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilib.
Azərbaycan-Litva biznes-forumunun sonunda isə iki ölkə arasında müxtəlif sahələri əhatə edən yeni 6 sənədin imzalanması dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaqdır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri










