“Dərmanların keyfiyyətinə nəzarət ciddi artırılıb”

img

“Ölkəyə idxal olunan, dövriyyədə olan dərmanların keyfiyyətinə nəzarət ciddi şəkildə artırılıb”. 

Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitə iclasında bildirib.

“Bu da keyfiyyətsiz, vaxtı keçmiş dərmanların aptekdə satılmasının qarşısını alacaq. Dərmanların qiymətinin optimallaşdırılması istiqamətində də Tarif Şurasının ciddi nəzarətini artıq görürük. Lakin regionlarda olan insanların elektron reseptlər barəsində məlumatı azdır. Onlar bilmir dərmanı necə alacaqlar və s. Bu sahədə regionlarda maarifləndirilmə aparılmalıdır ”, - deyə komitə sədri vurğulayıb.

Xəbəri paylaş: