Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı ilə görüşüb.


Rezonans.az xəbər verir ki, görüş zamanı Müvəkkil müasir dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində vətəndaş cəmiyyəti institutlarının getdikcə əhəmiyyət qazanan rolunu qeyd edib, bu sahədə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, bu institutlar son illərdə Azərbaycanda inklüzivlik və vətəndaş iştirakçılığının inkişafına mühüm töhfə verib.


Müvəkkilin illik məruzələrində yer alan təkliflərin həyata keçirilməsi istiqamətində, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin qaldırdığı məsələlərlə bağlı ilə müzakirələr aparılıb.


Görüşdə, həmçinin Müvəkkil tərəfindən 2024-cü il üzrə təsdiq olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı barədə məlumat verilib, planın icrası üzrə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakının nəzərdə tutulduğu qeyd edilib.

Xəbəri paylaş: