Ombudsmanın nümayəndələri Lənkəran penitensiar kompleksində təşkil edilən media-turda iştirak ediblər

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında illik məruzələrində və Milli Preventiv Mexanizm fəaliyyəti ilə bağlı illik hesabatlarında penitensiar müəssisələrin müasir standartlara uyğunlaşdırılması məqsədilə yenidən qurulması, saxlanılma şəraitinin və tibbi-sanitariya xidmətinin yaxşılaşdırılması, sıxlıq probleminin aradan qaldırılması, bu müəssisələrdə insan hüquqlarının təmin olunmasına yönəlmiş təklif və tövsiyələrlə çıxış edib.


Rezonans.az xəbər verir ki təqdirəlayiq haldır ki, bu təklif və tövsiyələr də nəzərə alınmaqla, ölkədə müasir standartlara cavab verən yeni penitensiar müəssisələrin istifadəyə verilməsi davam etdirilir. Belə ki, 2022-ci ildə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisə, 2023-cü ildə Umbakı penitensiar kompleksi və 2024-cü ildə Lənkəran penitensiar kompleksi istifadəyə verilib.


Cari il martın 18-də Lənkəran şəhərində yeni istifadəyə verilmiş penitensiar kompleksə media-tur təşkil edilib. Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan media-turda Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri də iştirak edib, burada yaradılmış şəraitlə tanış olublar.

Xəbəri paylaş: