Tozlu hava nə vaxtadək davam edəcək?

img

Martın15-i səhər saatlarından başlayaraq Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Rezonans.az-a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.  

Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında  norma daxilinə düşəcəyi gözlənilir”.

Xəbəri paylaş: