Bağlı qapı arxasında qalan qadın belə xilas edildi

Bağlı qapı arxasında qalan qadın belə xilas edildi

Suraxanı rayonu, Hövsan qəsəbəsində 60 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Rezonans.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə daxil olub, 1964-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbəri paylaş: