Füzulidə Şirvan sakinlərindən 10 kiloqram narkotik aşkarlandı

Füzulidə Şirvan sakinlərindən 10 kiloqram narkotik aşkarlandı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: