Cənubi Koreyanın yeni baş naziri təyin olundu

img

Koreya Respublikasının Milli Assambleyası Han Dok Sunu ölkənin baş naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Rezonans.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi xəbər verib.

"Han Dok Sunun namizədliyi prezident Yun Suk Yol tərəfindən irəli sürüldükdən 47 gün sonra 36 əleyhinə 208 səslə təsdiq edilib", - deyə bildirilib.

Qeyd edək ki, Han Dok Su bundan əvvəl 2007-2008-ci illərdə Cənubi Koreyanın baş naziri olub.

Xəbəri paylaş: