Avtomobildən aksiz markası olmayan külli miqdarda siqaret tapıldı

img

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini F.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-a verilən məlumata görə, avtomobilə baxış zamanı aksiz markası olmayan 1740 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində son iki gün ərzində 1-i könüllü olmaqla, rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbəri paylaş: