Azərbaycan və Litva arasında hərtərəfli əməkdaşlıq yeni dövrün tələblərinə uyğun şəkildə qurulur

img

Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən birini Avropa ölkələri ilə münasibətlər təşkil edir. Dövlətimiz Avropa İttifaqına daxil olan ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa böyük önəm verir. Bu gün də dövlətlərimiz arasında hərtərəfli əməkdaşlıq yeni dövrün tələblərinə uyğun şəkildə qurulur. 


Bu istiqamətdə Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. Qeyd etmək lazımdır ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizə mühüm töhfə olacaq. Litva Prezidentinin bu səfəri Litva ilə Azərbaycan arasında 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin əks etdirməklə, əməkdaşlığımızın strateji mahiyyətini təsdiqlədi. Səfər zamanı həm ikitərəfli əməkdaşlıq - iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın aktual məqamları müzakirə olunub.

Bununla yanaşı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşmanın olmasını qeyd edən cənab Prezident həmin istiqamətdə  Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarlıq hissini ifadə etdi ki, bu da məhz Azərbaycanın xarici siyasətdə hər zaman düzgün və məqsədyönlü addımlar atmasını bir daha göstərmiş oldu. Litva Prezidentinin dövlətimizin başçısına mehriban dostluq münasibətlərinə görə təşəkkür edib, Azərbaycandan idxalın bir neçə dəfə artdığına şahid olması, ancaq əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil və istənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir deyə fikir bildirməsi ölkəmizin sosial-iqtisadi cəhətdən güclü bir dövlət olmasına əsas verir. Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar qüdrətli dövlətimizlə Avropa ölkələrinin yüksək səviyyədə tərəfdaşlıq münasibətləri qurmaq istəyindən xəbər verir. Mayın 18-də Azərbaycan-Litva biznes-forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bundan əlavə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunub. Azərbaycanın əsas marağı Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevirməkdir. Lakin, Ermənistan əvvəlki illərdə olduğu kimi Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına maraq göstərmir. 

Bölgədə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına tam uyğundur. Bu əngəllərə baxmayaraq, Azərbaycan inkişaf və tərəqqi yolunda inamla irəliləyir, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini davam etdirir. Dövlətimizin başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər bunun bariz nümunəsidir. Dövlət başçısı cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş və eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir.   


Aysel Kərimova

Göygöl RİHBA-nın Sənətlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Xəbəri paylaş: