Belçikada "Meymun çiçəyi" xəstəliyinə yoluxanların sayı 3 nəfərə çatıb.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin "Lesoir₼ nəşri məlumat yayıb.
Qeyd olunur ki, yoluxmuş şəxslər təcrid edilir. Təcrid müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edə bilər.
Qeyd edək ki, “Meymun çiçəyi” virusu üçün xüsusi olaraq hazırlanmış peyvənd yoxdur, lakin çiçək xəstəliyinə qarşı peyvəndlər “Meymun çiçəyi” ilə oxşarlığına görə yaxşı qorunma təmin edə bilər.
“Meymun çiçəyi” xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.
Virus Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb.










