Şimali Koreya dövləti COVID-19 virusunun yayılmasının qarşının alındığını açıqlayıb.
Rezonans.az-ın xəbərinə görə, bu barədə hakim partiyanın mətbuat orqanı məlumat yayıb.
Bildirilib ki, sərt qapanma nəticəsində xəstəliyin qarşısı çox qısa müddətə alınıb.
“Pandemiyanın tüğyan etdiyi dövrdə uzun müddət COVID-19-un yoxluğuna görə dünya rekorduna imza atan ölkəmiz virusu ildırım sürəti ilə məhv edib. Bu da min dəfə sübut edir ki, partiyanın epidemiya ilə mübarizədə tutduğu yol doğrudur”, - qəzet yazıb.










